"Qarabağ"ın rəqibi 50 milyon avro qazanacaq

"Qarabağ"ın rəqibi 50 milyon avro qazanacaq

"Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan "Sportinq” büdcəsini 50 milyon avro artırmağa çox yaxındı.

 

 

Fanat.Az "A Bola”ya istinadən xəbər verir ki, Lissabon təmsilçisi bu məbləği "Atletiko” və "Vulverhempton”dan alacaq.

 

Yayda yarımmüdafiəçi Jelson Martinş və qapıçı Rui Patrisiu "Sportinq”in bazasına aqressiv fanatların hücum çəkməsini əsas gətirərək müqavilələrini birtərəfli şəkildə pozmuş, paytaxt təmsilçisindən getmişdilər. Portuqaliya klubunun rəsmiləri isə məlum insidentin ciddi səbəb olmadığını bildirərək FİFA-ya şikayət etmişdilər. Dəqiqləşdirsək, lissabonlular ali futbol qurumuna şikayət ünvanlayaraq Martinşi rənglərinə bağlayan "Atletiko” və Patrisiu ilə güclənən "Vulverhempton”dan təzminat istəmişdilər.

 

İndi həm İspaniya, həm İngiltərə klubları məhkəmə qarşısında cavab verməmək üçün "Sportinq”lə danışıqlara başlamağa razıdı. "Atletiko” Martinşə görə 30 milyonundan keçəcəksə, qolkiper "Vulverhempton”a 20 milyon avroya başa gələcək.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər