“Qarabağ”ın rəqibi 3 xalı 3 qolla qazandı

“Qarabağ”ın rəqibi 3 xalı 3 qolla qazandı

Futbol üzrə Belçika çempionatında 22-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

Sözügedən komanda səfərdə “Sent Trüden”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda darmadağına sevinib – 3:0.

“Gent” bu qələbədən sonra 38 xalla 4-cü pillədə qərarlaşıb.

"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər