"Qarabağ"ın qızıl medalı şəhid atasına təqdim olundu

"Qarabağ"ın qızıl medalı şəhid atasına təqdim olundu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün medalçıları mükafatlandırılıb.

Fanat.Az xəbər verir ki, "Qarabağ"a çempionluq kuboku təqdim olunub.

Ağdam klubu Peşəkar Futbol Liqasından "Qarabağ"ın şəhid azarkeşi Məhəmmədəli İbrahimli üçün də medal istəyib. Medal mərasimdə onun atasına təqdim olunub.

Oyunçuları mükafatlandırma mərasimində çempionluq kubokunu da şəhidin atası kapitan Maksim Medvedev və klub prezidenti Tahir Gözəllə birgə qaldırıb.

"Qarabağ"ın qızıl medalı şəhid atasına təqdim olundu

Qeyd edək ki, "Neftçi" gümüş, "Zirə" isə bürünc medallara layiq görülüb.12 qolla çempionatın ən sərrast futbolçusu olan "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesə isə xüsusi mükafat verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər