"Qarabağ"ın qış planları bilindi

"Qarabağ"ın qış planları bilindi

"Qarabağ"ın qış təlim-məşq toplanışının detalları bəlli olub.

Klubun mətbuat katibi Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi məlumata görə, Ağdam təmsilçisi mövsümün ikinci yarısına Antalyada hazırlaşacaq:

"Komanda Türkiyəyə yanvarın 4-də yollanacaq. İyirmi günlük toplanış çərçivəsində qardaş ölkədə 3 sınaq matçının keçirilməsi planlaşdırılır. Hələ rəqiblərlə danışıqlar gedir, hamısının adı müəyyənləşməyib. Onu deyə bilərəm ki, qarşılaşacağımız komandalardan biri Polşanın "Poqon" kollektivi olacaq. Qalan sınaqçı-rəqiblərin adları dəqiqləşməyib, bu haqda daha sonra məlumat veriləcək. "Qarabağ" Bakıya yanvarın 23-də dönəcək". 

Onu da öyrəndik ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Antalyada adəti üzrə "Gloriya Sport" otelində məskunlaşacaq.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər