"Qarabağ"ın qələbəsi sürpriz deyil" - Yuri Syomin

"Qarabağ"ın qələbəsi sürpriz deyil" - Yuri Syomin

"Macarıstan "Ferensvaroş"u ilə qarşılaşmadan qalib ayrılan Azərbaycanın "Qarabağ" klubunun Çempionlar Liqasının seçmə mərhələsinin pley-offuna vəsiqə qazanması sürpriz deyil". 

Fanat.Az xəbər verir ki, bu fikirlər TASS agentliyinə danışan Rusiya millisinin və "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominə məxsusdur.

75 yaşlı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu bildirib: "Nəticəni gördüm. Bircə onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu. "Qarabağ çox ciddi komandadır. Böyük xal fərqi ilə daim Azərbaycan çempionluğunu qazanır, avrokuboklarda müntəzəm iştirak edir. Ona görə də burada gözlənilməz heç nə yoxdur”.

Qeyd edək ki, rusiyalı məşqçi Stanislav Çerçesovun rəhbərlik etdiyi "Ferensvaros" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 1:3 hesabı ilə uduzub. Bakıda keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər