"Qarabağ"ın qələbəsi sayəsində Brelarusu keçdik - ƏMSALLAR CƏDVƏLİ

"Qarabağ"ın qələbəsi sayəsində Brelarusu keçdik - ƏMSALLAR CƏDVƏLİ

Avrokubokların I təsnifat mərhələsinin 2-ci oyun günündən sonra UEFA-nın əmsallar cədvəli yenilənib.

 

Fanat.Az-ın məlumatına görə, Çempionlar Liqasının 8, Avroliqanın 6 matçından sonra yeni mövsümə "Qarabağ”la başlayan Azərbaycanın da mövqeyini dəyişib. Ağdam təmsilçisinin Çempionlar Liqasında Sloveniya "Olimpiya”sını 1:0 hesabı ilə yenməsi ölkəmizə 0,250 əmsal qazandırıb.

 

Beləliklə, 5 illik göstəricimiz 16,875 olub. Bu "qənimət” sayəsində Belarusa çatan ölkəmiz əlavə göstəricilərdəki üstünlüyə görə 21-ci yerə yüksəlib. 20-ci pillədəki İsveçin isə 17,025 əmsalı var.

 

Fanat.Az

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər