Noyabrın 30-da Avropa Liqasının V turunun ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Həftənin ən yaxşı qolu nominasiyasında "Çelsi"nin hücumçusu Olivye Jiru, "Beşiktaş"ın hücumçusu Jeremain Lens, "Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlu və "Sportinq"in üzvü Brunu Fernandeş namizəd göstərilib.
Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində dekabrın 2-də müəyyənləşəcək.
Xatırladaq ki, Brunu Fernandeş "Sportinq"in "Qarabağ"ı 6:1 hesabı ilə məğlub etdiyi görüşdə dubla imza atıb.
Fanat.Az