Millimizin və "Qarabağ" klubunun qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı sözügedən ölkənin "Meta-ratings" saytı yayıb.
Xəbərə görə, 27 yaşlı qolkiperlə maraqlanan "Aktobe" klubu futbolçuya təklif göndərib.
Balayevin Qazaxıstan çempionatına qayıtmağa hazır olduğu da qeyd olunub.
Lakin Balayevin mümkün keçidinə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədəli olması mane olur. "Aktobe"nin isə Balayevi gözləməyə vaxtı olmadığı üçün başqa namizədlərə yönələ bilər.
Qeyd edək ki, Emil Balayev 2019-cu ildə Qazaxıstanın "Tobol" klubunda çıxş edib.
Emin