"Qarabağ”da icarə əsasında çıxış edən Asmir Beqoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az Britaniyanın "The Sun” nəşrinə istinadən xəbər verir ki, bosniyalı qolkiperi "Vest Hem” istəyir.
"Qarabağ" Beqoviçi digə Premyer Liqa təmsilçisi "Bornmut”dan icarəyə gğtürüb. Onun təmsilçimizlə müqaviləsi dekabrın 31-də davam edir. Bosniyalı qolkiperlə "Vest Hem"lə yanaşı, İngiltərənin "Derbi”, "Birmingem” və Hollandiyanın PSV klubları da maraqlanır. "Bornmut”ın hazırkı baş məşqçisi Eddi Xounun etimadını itirən Beqoviçin yanvarda özünə yeni klub tapacağı bildirilir.
Qeyd edək ki, Beqoviç "Qarabağ"ın heyətində 15 oyun keçirib.
Fanat.Az