"Qarabağ"ın qapıçısı "Valur"a keçir? - AÇIQLAMA

"Qarabağ"ın qapıçısı "Valur"a keçir? - AÇIQLAMA
"Qarabağ" İslandiyanın "Valur" klubundan Hannes Halldorsson üçün transfer təklifi almayıb.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
"Halldorssonla bağlı bizə müraciət edən olmayıb. Bu barədə biz də mətbuatdan oxumuşuq. İslandiyalı qapıçının "Qarabağ"la müqaviləsi var və onun üçün kluba rəsmi təklif göndərən yoxdu" deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, 34 yaşlı qapıçının "Valur"la anlaşmaq üzrə olduğu bildirilir. Onun meneceri Olafur Qarrdarsson da xəbəri təsdiq edib: "Ona İsveç, Norveç və digər ölkələrdən də təkliflər var. Həmçinin "Qarabağ"la hələ 18 aylıq müqaviləsi davam edir. Hannes bir müddətdi "Valur"la danışıq aparır. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq". 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər