"Qarabağ"ın qapıçısı üçün mövsüm bitdi

"Qarabağ"ın qapıçısı üçün mövsüm bitdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunda baş verən neqativ hallar hüquqi qiymətini alıb.
 
"Qarabağ” – "Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində "Qarabağ”ın qapıçısı İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Ağdam klubu isə 2400 manat cərimə olunub. Bu isə o deməkdi ki, bosniyalı qolkiper ölkə çempionatının bu il keçiriləcək son 2 turunda meydana çıxmayacaq.
 
"Kəpəz” – "Səbail” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində "Kəpəz”in müdafiəçisi Dedimar Ferreyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Gəncə təmsilçisinə isə 2400 manat cərimə kəsilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər