"Qarabağ"ın qapıçısı ÇL-in ən yaxşılarındandı

"Qarabağ"ın qapıçısı ÇL-in ən yaxşılarındandı

Çempionlar Liqasının IV turundan sonra ən çox seyvlə yadda qalan qapıçıların siyahısı açıqlanıb.

 

Fanat.Az xəbər verir ki, "Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç də yaxşı mənada fərqlənənlər arasındadı. Azərbaycan çempionunun qolkiperi 4 oyunda 21 qurtarışla yadda qalıb. Şehiç "Şaxtyor"un "çərçivə" qoruyucusu Andrey Pyatovla 2 və 3-cü yerləri bölüşür. Siyahının lideri isə "Maribor”un qapıçısı Yasmin Handanoviçdi. Sloveniyalının aktivində 24 qurtarış var.

 

1. Yasmin Handanoviç ("Maribor”) - 24

2-3. İbrahim Şehiç ("Qarabağ”) - 21

Andrey Pyatov ("Şaxtyor”) - 21

4-5. İqor Akinfeyev (MOİK) - 20

Uqo Loris ("Tottenhem”) - 20

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər