“Qarabağ”ın potensial rəqibi müəyyənləşir

“Qarabağ”ın potensial rəqibi müəyyənləşir
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, "Qarabağ" İrlandiyanın "Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Cənubi Kipr) - "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasındakı ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, "Qarabağ” və "Dundalk” arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
30 iyul
21:00 APOEL (Cənubi Kipr) - Sutyeska (Monteneqro)
İlk oyun - 1:0.
21:00 Nımme Kalyu (Estoniya) - Seltik (Şotlandiya)
İlk oyun - 0:5.
21:00 Makkabi (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya)
İlk oyun - 0:1.
22:00 Bazel (İsveçrə) - PSV (Hollandiya)
İlk oyun - 2:3.
22:00 Dinamo (Zaqreb, Xorvatiya) - Saburtalo (Gürcüstan)
İlk oyun - 2:0.
22:00 Valletta (Malta) - Ferentsvaroş (Macarıstan)
İlk oyun - 1:3.
22:30 Olimpiakos (Yunanıstan) - Viktoriya (Çexiya)
İlk oyun - 0:0.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər