"Qarabağ"ın oyununu Belçikada izləmək istəyənlərə əla TƏKLİF

"Qarabağ"ın oyununu Belçikada izləmək istəyənlərə əla TƏKLİF

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. İlk oyun fevralın 16-da Bakıda, cavab matçı isə bir həftə sonra – fevralın 23-də Belçikada keçiriləcək.

“Köhlən atlar”ın “Gent”lə oyunlarına maraq çox böyükdür. Yerli azarkeşlər Bakıdakı görüşlə yanaşı, səfərdəki qarşılaşmanı da izləmək istəyirlər ki, bu da anlaşılandır.

Fanat.Az xəbər verir ki, “Cansports Travel&Consulting” Belçikaya səfər etmək istəyən azarkeşlərə maraqlı təklif edir. Belə ki, “Qarabağ” klubunun keçmiş əməkdaşı Nurlan İbrahimovun rəhbəri olduğu şirkət bununla bağlı kampaniya elan edib:

“Qarabağ”ı tarixi maçında dəstəkləmək istəyirsiz?

Azərbaycanın ilk milli idman turizm şirkəti “Cansports Travel&Consulting” bu imkanı sizə yaradır! Belçikada, “Gent”lə oyunda Azərbaycan komandasına dəstək olmaq üçün əla kampaniya elan edilib . Şirkətin oyun üçün otel + təyyarə bileti + nəqliyyat+ viza dəstəkli xidmətinizdən yararlandığınızda matç bileti “Cansport” tərəfindən hədiyyə olunur.

Xidmətlər: Aviabilet Oteldə yerləşmə Transfer Sığorta Qidalanma (Səhər yeməyi) Oyun bileti hədiyyə!!! (Əlaqə: +994502013819)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər