“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? - Təəccübləndirən rəqəm

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? - Təəccübləndirən rəqəm
Bildiyiniz kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda öz meydanında Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.
 
Fanat.az xəbər verir ki, dekabrın 12-də keçiriləcək oyun üçün bu ana qədər olan hesaba görə cəmi 5 min bilet satılıb. Bu barədə məlumatı klubun mətbuat katibi Nurlan İbrahimov verib.
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də start götürəcək.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər