"Qarabağ"ın oyununa biletlər tükənir

"Qarabağ"ın oyununa biletlər tükənir

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu üçün satışa çıxarılan biletlərin böyük əksəriyyəti satılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Xəbərə görə, hazırda satışda 4 mindən az bilet qalır. UEFA-nın məlum cəzası ilə əlaqədar tribunaların bir qismi isə boş qalacaq. Sözügedən arena 32 min azarkeş tutumuna malikdir.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər