"Qarabağ"ın oyunu qara görə ləğv olundu

"Qarabağ"ın oyunu qara görə ləğv olundu

"Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Fanat.Az xəbər verir, buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub.

Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.

Çexiya təmsilçisinin rəsmi "Facebook" səhifəsi isə matçın lğv olunduğunu yazıb. 

Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın “Visla" (Krakov) klubu ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər