"Qarabağ"ın oyunu niderlandlı hakimlərə tapşırıldı

"Qarabağ"ın oyunu niderlandlı hakimlərə tapşırıldı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Sürix"lə İsveçrədə baş tutacaq oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

"Letsiqrund" stadionundakı qarşılaşmanın baş hakim Allard Lindhouta Çarlz Sxap və Roy De Nas laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç iyulun 19-da Bakıda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər