“Qarabağ”ın Olimpiya Stadionunda oynaması rəsmiləşib?

“Qarabağ”ın Olimpiya Stadionunda oynaması rəsmiləşib?

Dünən gecə yayılan xəbər "Qarabağ” azarkeşlərini həm sevindirdi, həm də üzdü.

Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyə qərar verməsi çoxları üçün gözlənilməz oldu. Bir neçə gün bundan əvvəl jurnalistlərin suallarını cavablandırarkən komandanın baş məşqçisi Qurban Qurbanov Tofiq Bəhramov adına Respublika stadionuna öyrəşdiklərini və orda oynamaq istədiklərini bildirmişdi.

Sport7.az-ın apardığı araşdırmadan və klubdan saytımıza verilən açıqlamadan sonra məlum olur ki, məsələ hələ rəsmiləşməyib. Təsnifat mərhələsini Respublika stadionunda keçirən "Qarabağ” BOS-a köç etmək üçün UEFA-dan rəsmi icazə almalıdı. Klub rəhbərliyi daha çox azarkeşin tarixi oyunlara canlı baxmaq istəyini nəzərə alaraq bu barədə UEFA-ya müraciət ünvanlayaraq ordan icazə almaq istəyir. Yalnız UEFA-nın qərarından sonra yerdəyişmənin rəsmiləşdiyini demək mümkündür. Hələlik isə UEFA-dan bu barədə rəsmi qərar yoxdur.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər