"Qarabağ"ın "Olimpiya" ilə hər iki görüşünün vaxtı müəyyənləşdi

"Qarabağ"ın "Olimpiya" ilə hər iki görüşünün vaxtı müəyyənləşdi
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə keçirəcəyi hər iki oyunun vaxtı və stadionları açıqlanıb. 
Fanat.Az xəbər verir ki, ilk görüş iyulun 10-da Lyublyanadakı "Stojitse" stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da başlayacaq. 
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" cütünün qalibi II təsnifat mərhələsində "Kukesi" (Albaniya) - "Valleta" (Malta) cütünün qalibi ilə qarşılaşacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər