"Qarabağ"ın müdafiəçisi Türkiyəyə gedir

"Qarabağ"ın müdafiəçisi Türkiyəyə gedir
Ağdam təmsilçisinin üzvü Rahil Məmmədovun Türkiyəyə yollanma səbəbi məlumdur.
Bu barədə Fanat.Az-a klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Klubun sözcüsü Rahilin qardaş ölkədə əməliyyat olunacağını bildirib.
Hakimlər Rahilə "Sağ tərəfli qasıq yırtığı" diaqnozu təyin edib. Futbolçu Türkiyəyə Avqustun 12-də yollanacaq və "BHT CLİNİC İstanbul Tema Hastanesi" həkimləri tərəfindən əməliyyat olunacaq. 
Xatırladaq  ki, Rahil "Aşdod"la səfər matçında zədələnərək meydanı tərk etmişdi.
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər