“Qarabağ”ın müdafiəçisi Almaniyada əməliyyat olunub

“Qarabağ”ın müdafiəçisi Almaniyada əməliyyat olunub
Hazırda Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
Fanat.Az saytı xəbər verir ki, müdafiəçinin əməliyyatı Almaniyada baş tutub. Bu barədə gənc müdafiəçi öz instaqram səhifəsi vasitəsilə məlumat yayıb.
Qeyd edək ki, Ağdam klubunun Avstriya toplanışı zamanı sol ayağından zədələnən 21 yaşlı cinah oyunçusunun topuq bağlarının qopduğu açıqlanmışdı. Cəfərquliyevin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər