“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb

“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb
Ağdamın "Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb. 
Fanat.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin "Linfild”lə oyununun başlama saatı dəqiqləşib. 
Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. "Qarabağ” səfər oyununa Belfastda "Vindsor Park”da çıxacaq. 
Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 
 
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər