"Qarabağ"ın legionerləri ölkəni tərk edir

"Qarabağ"ın legionerləri ölkəni tərk edir
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XIII turundan sonra futbolçularını istirahətə buraxıb.
Artıq bu gündən etibarən əcnəbi oyunçular ölkəni tərk etməyə başlayacaq.
Komanda 2021-ci il yanvarın 5-də Bakıda "Azərsun Arena"da bir araya gələcək. Legionerlər isə bir-iki gün sonra komandaya qoşulacaq.
Qeyd edək ki, "Qarabağ" XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub edib. Premyer Liqada XIV tur yanvarın 21-də olacaq.(report.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər