"Qarabağ”ın legioneri Simeon Slavçev ölkəsinin millisində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, bolqar yarımmüdafiəçi Millətlər Liqasının IV turunda top qovub.
Simeon Norveçlə səfər matçında start heyətində yer alıb və 58-ci dəqiqədə əvəzlənib. 0:1 hesabı ilə yenilən qonaqlar liderliyi əldən verib. O, matçdan sonra yerli mətbuata danışıb:
"Bu yenilginin indiyədək qazandığımız qələbələri heçə çevirməsinə imkan verməyəcəyik. Uduzsaq da, başımızı aşağı salmamalıyıq. Paltardəyişmə otağında hər zamankından daha mehriban olacağıq. Komandamızın böyük potensialı var. Biz robot deyilik. Amma komanda şəklində yumruğumuzu bir nöqtəyə vuracağıq”.
Qeyd edək ki, lider Norveçinki qədər - 9 xalı olan Bolqarıstan qrupunda 2-ci pillədə qərarlaşıb.
Fanat.Az