"Qarabağ"ın legioneri təlim-məşq toplanışını dəyərləndirdi

"Qarabağ"ın legioneri təlim-məşq toplanışını dəyərləndirdi
"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb:
"Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir".
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər