"Qarabağ"ın legioneri: "Müqaviləni uzatmaq qərarı çətin olmadı"

"Qarabağ"ın legioneri: "Müqaviləni uzatmaq qərarı çətin olmadı"

"Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı".

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina "köhlən atlar"la müqavilə müddətini uzatması barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Kolumbiyalı müdafiəçi bildirib ki, Ağdam təmsilçisinə gəldiyi ilk gündən hər kəslə yaxşı münasibəti və qarşılıqlı hörməti olub: "Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm".

Qeyd edək ki, 29 yaşlı oyunçu "Qarabağ"la 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər