"Qarabağ"ın futbolçusu Qaspar Panadero Kiprin AEK komandasına keçib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarəyə verilib.
Qeyd edək ki, ötən yay "Qarabağ"a gələn Qaspar cari mövsüm ərzində cəmi 4 oyunda meydana çıxıb.