"Qarabağ"ın legioneri gələn ildən Azərbaycan millisində oynaya bilər

"Qarabağ"ın legioneri gələn ildən Azərbaycan millisində oynaya bilər
"Qarabağ"ın futbolçusu Filip Ozobiç 2021-ci ildən Azərbaycan millisinə cəlb oluna bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiyanın "index.hr" saytı məlumat yayıb.
Portal 2016-cı ildən ölkəmizdə çıxış edən 29 yaşlı yarımmüdafiəçiyə Azərbaycan vətəndaşlığı verilə biləcəyini yazıb.
Qeyd edək ki, 2016-2018-ci illərdə "Qəbələ"də oynamış Filip Ozobiç artıq 3-cü mövsümdür "Qarabağ"ın formasını geyinir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər