"Qarabağ"ın legioneri futzal komandasında top qovacaq

"Qarabağ"ın legioneri futzal komandasında top qovacaq

"Qarabağ”ın 27 yaşlı yarımmüdafiəçisi Filip Ozobiç, istirahət dönəmində vətəni Xorvatiyada təşkil olunacaq futzal turnirinə qatılacaq.

 

Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu Split şəhərində Dino Petrinoviçin xatirəsinə həsr olunmuş ənənəvi turnirdə iştirak edəcək. 17-ci dəfə düzənlənən turnir dekabrın 26-da keçiriləcək. Yarışda 4 komanda gücünü sınayacaq.

Mübrizəni izləyənlər İvitsa Oliç, Niko Krançar, Oqnyen Vukoyeviç, Milan Rapaiç, İvitsa Mornar, İvan Klasniç kimi məşhur simaları da iş başında görəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər