“Qarabağ”ın legioneri 4 həftə oynamayacaq

“Qarabağ”ın legioneri 4 həftə oynamayacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yakoviçin durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə Bakıdakı oyunda zədələnən monteneqrolu futbolçu həkim müayinəsindən keçib.   Klub 28 yaşlı oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edildiyini açıqlayıb. Yankoviç bu üzdən təxminən bir ay yaşıl meydanlardan kənar qalacaq. Bu isə o deməkdi ki, o, “Gent”lə cavab matçını buraxacaq.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də Gentdə keçiriləcək. İlk oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər