"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya”nın qonağı olacaq "Qarabağ”ın səfər proqramı müəyyənləşib.   Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. 

Baş məşqçi Qurban Qurbanov sentyabrın 29-u yerli vaxtla 19:10-da (Bakı vaxtı ilə 20:10) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşq (15 dəqiqə) isə yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı GSP stadionunda baş tutacaq.

"Omoniya” – "Qarabağ” matçı sentyabrın 30-da GSP stadionunda Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər