"Yuventus"un hücumçusu Kayo Jorje karyerasının İsveçrədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Xəbərə görə, 20 yaşlı braziliyalı futbolçunun xidmətində "Bazel" maraqlıdır.
Qeyd edək ki, Jorje rus klublarından da təklif alib. Lakin Turin təmsilçisi onlara "yox" cavabı verib.
Xatırladaq ki, "Bazel" cari mövsüm UEFA Avropa Konfrans Liqasında qrup mərhələsində "Qarabağ"ın rəqibi olub.