"Qarabağ"ın keçmiş rəqibi transfer rekordunu qırır

"Qarabağ"ın keçmiş rəqibi transfer rekordunu qırır
"Arsenal" "Lill"dən Nikolas Pepeni transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı keçmiş rəqibi Kot-d'İvuar millisinin üzvü üçün fransızlara 72 milyon funt-sterlinq (təxminən 79,9 milyon avro) təklif edib. 
Bu transfer baş tutsa, "Arsenal" tarixinin ən bahalı transferini etmiş olacaq. London klubunun indiyəqədərki ən bahalı transferi Pyer-Emerik Aubameyanqdı. Qabonlu futbolçu 2018-ci ilin yanvarında Dortmund "Borussiya"sından "Arsenal"a 57,38 milyon funt-sterlinqə (təxminən 63,75 milyon avro) transfer olunub.
Qeyd edək ki, Nikolas Pepe "Lill"ə 2017-ci ildə "Angers"dən "Lill"ə 10 milyon avroya transfer olunub. 23 yaşlı forvard cari mövsümdə meydana çıxdığı 20 rəsmi matçda 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər