"Qarabağ"ın keçmiş oyunçusu təhqirə görə cəzalandı

"Qarabağ"ın keçmiş oyunçusu təhqirə görə cəzalandı

Türkiyə I Liqasında ötən turun mərkəzi oyunu ilk "üçlük"də qərarlaşan "Ankaragücü" və "Ümraniyespor" arasında baş tutmuşdu.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin oyunçusu, vaxtilə "Qarabağ"da çıxış edən Kvabena Ovusu matçın qəhrəmanı olmuşdu.

Cari mövsümdə ikinci dəfə start "11-lik"də meydana çıxan Kvabena 3:0 hesabı ilə qalib gəldikləri oyunda həm möhtəşəm qol vurmuş, həm də rəqibinə qırmızı vərəqə aldıraraq 10 nəfər qalmasına səbəb olmuşdu. 

Ancaq öz ifasına "başı gicəllənən" forvard 4 günlük tətili sosial şəbəkədə keçirib, yüzlərlə paylaşım edib. Və...çox ciddi səhvə yol verib.  Onun paylaşdığı paylaşımlardan birinin məzmununda çox ağır söyüşlər olduğu üzə çıxıb. 

Beləliklə, bu gün Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Şurası (PFDK) Ovusunu 2 oyunluq cəzalandırıb. Federasiyadan verilən açıqlamaya görə, sosial media vasitəsilə rəqib komandanı təhqir edən hücumçu 2 rəsmi oyundan uzaqlaşdırılmaqla yanaşı, 13 min lirə (2 min manat) cərimə edilib. 

"Ankaragücü" açıqlma yayaraq qanalı hücumçusunun 4 aydır Türkiyəyə gəldiyini və türkcə bilmədiyi üçün qol vurduğu oyunun videosundakı söyüşlərin mahiyyətinə varmadığını, cəzaya baxmayaraq futbolçunu dəstəklədiyini bildirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər