“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək
Fanat.Az xəbər verir ki, 33 yaşlı hücumçu I Liqa təmsilçisi “Boluspor”a keçib.
Məlumatı klubun mətbuat xidməti yayıb. Ndlovu yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2016-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Dino Ndlovunun son klubu Çin “Çanqçun”u olub.