“Qarabağ”ın keçmiş əməkdaşının yeni iş yeri bəlli oldu

“Qarabağ”ın keçmiş əməkdaşının yeni iş yeri bəlli oldu

“Qarabağ”da işləmiş türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu məlum olub.

Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Adanaspor”un baş məşqçisi təyin edilib.

Karaveli ilə müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, türkiyəli məşqçi 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək “Beşiktaş”da baş məşqçi vəzifəsini yerinə yetirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər