"Qarabağ"ın kapitanının zədəsindən xəbər var

"Qarabağ"ın kapitanının zədəsindən xəbər var
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) zədələnən "Qarabağ"ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, futbolçunun zədəsi ciddi deyil.
Ağdam təmsilçisinin rəsmisi bildirib ki, MRT müayinəsinin cavabı hələ bilinməsə də, müdafiəçinin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, "Sileks"lə matçın 76-cı dəqiqəsində zədələnən Medvedev meydanı xərəkdə tərk etmişdi.
"Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi Moldova "Şerif"i olacaq. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər