"Qarabağ"ın kapitanı meydana çıxa bilməyəcək

"Qarabağ"ın kapitanı meydana çıxa bilməyəcək

"Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçiriləcək UEFA Çempionlar Liqasının ilk oyununu buraxacaq.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli futbolçu zədə üzündən komandasına kömək edə bilməyəcək.

Belində ağrıları olan Maksimin adı son anda iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunu saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər