"Qarabağ"ın ispan futbolçusundan sevindirici xəbər

"Qarabağ"ın ispan futbolçusundan sevindirici xəbər
"Qarabağ”ın futbolçusu Xayme Romero zədəsini tam sağaldıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bu gün komanda ilə məşqlərə başlayıb.  İspaniyalı oyunçununun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda  APOEL-ə qarşı keçirəcəkləri oyunda meydanda olması gözlənilir.
Qeyd edək ki, X.Romero Premyer Liqanın 5-ci turunda "Zirə”lə matçda çiynindən zədələnmişdi.
Xatırladaq ki,  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ”-APOEL görüşü oktyabrın 24-ü saat 20:55-də start götürəcək
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər