"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Həmkarlarımız yazır ki, "Qarabağ" bu ölkənin "Voluntari" klubunda çıxış edən Aissa Laidounini heyətinə qatmaq istəyir. Fransalı yarımmüdafiəçi ilə Azərbaycan çempionundan başqa, İngiltərənin Premyer Liqa təmsilçisi "Suonsi" də maraqlanır. Britaniyalılar onun üçün ən azı 1 milyon avro ödəməyə razıdı. Bu məbləğ üç hissəyə bölünərək Rumıniya klubuna verilə bilər. Amma bu gün İngiltərədə transfer pəncərəsinin son günü olduğu üçün Premyer Liqa təmsilçisi tez bir zamanda bu transferi reallaşdırmalıdı.
Bu baş verməsə, Aissa Laidouninin "Qarabağ"a keçəcəyi iddia olunur. Azərbaycan çempionunu 23 yaşlı futbolçu üçün birdəfəlik 750 min avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Aissa Laidouni karyerasına Fransanın klubunda başlayıb. O, 2014-2018-ci illərdə bu klubun A və B komandalarında çıxış edib. Yarımmüdafiəçi 206/17 mövsümündə Fransanın "Les Herbiers", 2017/18 mövsümündə "Kambli" klublarına icarəyə verilib. 23 yaşlı futbolçu 2018-ci ilin yayında "Voluntari"yə transfer olub. Tunis əsilli oyunçu cari mövsümdə bu komandanın heyətində 15 oyun keçirərək bir qol vurub və iki məhsuldar ötürmə verib.
Fanat.Az