"Qarabağ"ın ilk sınaq matçı

"Qarabağ"ın ilk sınaq matçı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün  ilk yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Rumıniyanın "Botoşani”  klubu ilə oyunda sınayacaq.
Antalyanın Belek qəsəbəsindəki "Gloria Sport" otelinin qapalı meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ” növbəti matçını yanvarın 16-da Macarıstan "Uypeşt" klubuna qarşı keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.
Yoxlama oyunu
12 yanvar
20.00 Qarabağ (Azərbaycan) - Botoşani (Rumıniya)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər