"Qarabağ"ın ikinci yoxlama oyununun vaxtı dəyişdirildi

"Qarabağ"ın ikinci yoxlama oyununun vaxtı dəyişdirildi

"Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.

Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, görüş önəcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.

İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.

Qeyd edək ki, "Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər