"Qarabağ"ın iki əsas futbolçusu zədələndi

"Qarabağ"ın iki əsas futbolçusu zədələndi
Premyer Liqanın XXIII turu çərçivəsində "Səbail"lə qarşılaşan "Qarabağ"ın iki futbolçusu zədələnib.
Fanat.Az xəbər verir ki, Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.
Filip Ozobiçi 13-cü dəqiqədə Uroş Matiç əvəzləyib. 
Şahruddin Məhəmmədəliyev isə rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib. Başı qanayan 27 yaşlı qolkiper görüşə davam ede bilməyib və 30-cu dəqiqədə Emil Balayevlə əvəzlənib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər