"Qarabağ"ın hücumçusu bu kluba keçir - İDDİA

"Qarabağ"ın hücumçusu bu kluba keçir - İDDİA

“Qarabağ”ın qanalı hücumçusu Ovusu Kvabenanın karyerasını Macarıstan klubunda davam etdirəcəyi açıqlanıb.

Fanat.Az  Rusiyanın “Sport-Express” nəşri ağdamlıların legionerinin “Ferentsvaroş”a keçəcəyini bildirib.

Xəbərə görə, "köhlən atlar"la müqaviləsinin müddəti mövsümün sonundan başa çatacaq Ovusu yayda azad agent qismində “Ferentsvaroş”a qoşulacaq. 

Ovusu 2020-ci ildən “Qarabağ”ın futbolçusudur. O, icarə əsasında Türkiyənin "Ankaragücü" klubunun da formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rusiyalı mütəxəssis Stanislav Çerçesovun çalışdırdığı "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb. Bakıda macarlarla heç-heçəyə razılaşan (1:1) ağdamlılar səfərdə 3:1 hesablı qələbə qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər