"Qarabağ"ın heç-heçəsi buna kifayət edəcəkdi

"Qarabağ"ın heç-heçəsi buna kifayət edəcəkdi

Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyi dəyişməyib. 

Fanat.Az xəbər verir ki, buna "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Fransada "Olimpik Marsel"ə 1:3 hesabı ilə uduzması səbəb olub.

Azərbaycan yenə 17,000 xalla 26-cı pillədə qərarlaşıb. "Köhlən-atlar" Fransada ən azı heç-heçə etsəydi, ölkə reytinqdə 17,150 xala malik Rumıniyanı geridə qoyacaqdı.

Əvəzində Şotlandiya (34,500) 9-cu, Danimarka (26,975) 15-ci, Çexiya (26,800) isə 17-ci pilləyə yüksəlib.

Rusiya (34,282) 10-cu, Türkiyə (26,900) 16-cı, Yunanıstan (26,700) və Xorvatiya (26,650) müvafiq olaraq 18-19-cu sıraya düşüblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər