"Qarabağ"ın hazırlıq planı açıqlandı

"Qarabağ"ın hazırlıq planı açıqlandı
"Qarabağ" komandasının qış hazırlıq planı məlum olub.
Fanat.Az xəbər verir ki, son ölkə çempionu Azərbaycan Premyer Liqasının XIV turunda qarşılaşacağı "Sabah"la matçın hazırlıqlarına yanvarın 8-i klubun bazasında başlayacaq.
Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda qış fasiləsində bir yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 14-də "Zirə"ylə qarşılaşacaq.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı yanvarın 21-də keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər