"Qarabağ"ın futbolçusundan vida paylaşımı 

"Qarabağ"ın futbolçusundan vida paylaşımı 

“Qarabağ”ın futbolçusu Xayme Romero İspaniyadan ayrılıb.

Fanat.Az xəbər verir ki, zədədən sonra bərpa prosesi vətənində keçən 31 yaşlı yarımmüdafiəçi Marselə yollanıb. 

O, “köhlən atlar”ın Konfrans Liqasının pley-off mərhələsində bu gün “Olimpik Marsel”ə qarşı keçirəcəyi oyunu tribunadan izləyəcək. Romero Fransadan komanda ilə birlikdə Bakıya qayıdacaq. 

Romero “İnstagram” səhifəsində İspaniyadakı bərpa prosesi ilə bağlı paylaşım edib:

“Korreoso, Sergio Sama, Eme Madriqala təşəkkür edirəm. Hər zaman pis durumlardan yaxşı işlər ortaya çıxır. Ömürlük dostlarım. Mənə göstərdiyiniz münasibətə görə sizə təşəkkür edirəm”.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by @jaimeromero11

Qeyd edək ki, Romero UEFA Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə Bakıdakı oyunda zədələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər