"Qarabağ"ın futbolçusu Türkiyə klubundan ayrıldı

"Qarabağ"ın futbolçusu Türkiyə klubundan ayrıldı

Türkiyənin "Ankaragücü" klubu "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı açıqlama yayıb. 

Türkiyə Super Liqasına vəsiqə qazanan "Ankaragücü" Kvabena ilə yanaşı, daha 10 oyunçu ilə yola davam etməməyi qərara alıb. Klub həmin futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

"Qarabağ"ın futbolçusu Türkiyə klubundan ayrıldı

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Ankaragücü"nün formasını geyinən Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. 25 yaşlı hücumçu Türkiyə I Liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər