"Qarabağ"ın futbolçusu Nikaraquada meydandan qovuldu

"Qarabağ"ın futbolçusu Nikaraquada meydandan qovuldu
KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində növbəti oyunlar keçirilir.
Fanat.Az xəbər verir ki, "Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye ilə "Neftçi”nin futbolçusu Soni Mustivarın formasını geyindiyi Haiti yığması qrupdakı 3-cü sınağında Nikaraquanın qonağı olub. Görüş Haitinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Gerye cəmi 16 dəqiqə oynayıb. 29 yaşlı yarımmüdafiəçi komandası 1:0 hesabı ilə öndə olduğu vaxt birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Mustivar da start heyətdə yer alıb və 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bBu qələbə ilə xallarının sayını 9-a yüksəldən Haiti liderliyə yüksəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər